“Rəqəmsallaşma, Süni İntellekt və Kibertəhlükəsizlik” təlimləri davam edir
“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Rəqəmsallaşma, Süni İntellekt və Kibertəhlükəsizlik” təlimləri çərçivəsində “Süni İntellekt” modulu üzrə növbəti təlim keçirilib.
Təlim “Süni İntellekt alətləri ilə proseslərin avtomatlaşdırması” mövzusuna həsr olunub.
Təlim zamanı gündəlik iş proseslərini daha sürətli, effektiv və sistemli şəkildə avtomatlaşdırmaq üçün süni intellekt alətlərindən istifadə yolları barədə məlumat verilib. Süni
İntellekt alətlərindən istifadə etməklə rutin tapşırıqların sadələşdirilməsi, məlumatların emalı və iş axınlarının avtomatlaşdırılması yolları nümayiş etdirilib.
Təlim Milli Süni İntellekt Mərkəzinin süni intellekt mühəndisi Qismət Abdulla təqdimatında baş tutub.































































