Tibbi tullantıların təhlükəsiz idarə olunması ilə bağlı maarifləndirici görüşlər davam edir

Hit: 182
Tibbi tullantıların təhlükəsiz idarə olunması ilə bağlı maarifləndirici görüşlər davam edir
Tibb işçilərinin tibbi tullantıların idarə olunması ilə bağlı normativ tələblər barədə bilik və məlumatlılığının artırılması məqsədilə növbəti maarifləndirici görüşlər Bakı şəhəri, Tərtər və Zəngilan rayonlarında fəaliyyət göstərən tibb müəssisələrində keçirilib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən Binəqədi rayonunun 25 nömrəli şəhər poliklinikasında, Tərtər Rayon Mərkəzi Xəstəxanasında və Zəngilan rayonunun Ağalı kəndində yerləşən Ailə Sağlamlıq Mərkəzində keçirilən görüşlər zamanı iştirakçılara tibbi tullantıların növləri, onların təhlükəsizlik tələblərinə uyğun çeşidlənməsi, müvəqqəti saxlanılması, daşınması və zərərsizləşdirilməsi qaydaları barədə ətraflı məlumat verilib.
 
Maarifləndirici görüşlərdə tibbi tullantıların təhlükəsiz idarə olunmasının ekoloji təhlükəsizliyin təmin edilməsi, ətraf mühitin qorunması və ictimai sağlamlığın mühafizəsində mühüm əhəmiyyət daşıdığı qeyd olunub. 






Redaktorun seçimi