Qaradağ rayonunda gənc zabit və kursantlarla görüş keçirilib
Qaradağ Rayon Polis İdarəsində Polis Akademiyasının əyani fakültəsini bitirərək idarənin müxtəlif struktur bölmələrində müvafiq vəzifələrə təyin olunmuş gənc əməkdaşlarla görüş keçirilib.
İdarə rəhbərliyinin iştirakı ilə keçirilən görüşdə gənc əməkdaşlar yeni vəzifələrə təyin olunmaları münasibətilə təbrik edilib, onlara göstərilən etimadı doğrultmaları, xidməti vəzifələrinə məsuliyyətlə yanaşmaları, nizam-intizam qaydalarına ciddi riayət etmələri və xidməti şərəflə yerinə yetirmələri tövsiyə olunub.
Görüşdə Polis Akademiyasına Qaradağ rayon üzrə yeni qəbul olunan kursantlar və onların valideynləri də iştirak ediblər.







































































