Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov Neftçalada dəfn olunub

Hit: 396
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov Neftçalada dəfn olunub
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi İsmayılov Sərdar Cəfər oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.
 
Şəhid hərbçi ilə Neftçala rayonunun Astanlı kəndində şəhidin doğulub boya-başa çatdığı evdə vida mərasimi keçirilib.
 
Mərasimdə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Cənazə namazı qılınıb.
 
Şəhidin nəşinin qalıqları hərbi orkestrin müşayiəti və yaylım atəşi altında Astanlı kənd qəbiristanlığında - Şəhidlər cərgəsində torpağa tapşırılıb.
 
Qeyd edək ki, Sərdar İsmayılov 27 avqust 1971-ci ildə Neftçala rayonunun Astanlı kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə qatılıb və 25 oktyabr 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndi uğrunda döyüşlərdə itkin düşüb.






Redaktorun seçimi