Orta hesabla 1380 SAT, 7.5 IELTS və 100% qəbul! - “9-11 Hazırlıq Məktəbi”nin nəticələri
Bu gün ali məktəbə qəbul prosesi əvvəlki illərlə müqayisədə daha mürəkkəb və rəqabətlidir. Məktəb dərsləri, attestat qiymətləri, qəbul imtahanlarına hazırlıq və əlavə məşğələlər arasında vaxtı düzgün bölmək həm şagirdlər, həm də valideynlər üçün müəyyən çətinliklər yaradır. Fərqli hazırlıq mərkəzləri və müəllimlər arasında seçim etmək, sıx dərs qrafikini uyğunlaşdırmaq və bütün bu prosesi eyni anda idarə etmək isə şagirdlərdə stress və yorğunluğa səbəb olur.
Valideynlər isə bir tərəfdən övladlarının məktəbdəki nəticələrini qorumasını, digər tərəfdən qəbul imtahanına yaxşı hazırlaşmasını istəyirlər. Bütün bunları eyni vaxtda və düzgün şəkildə təşkil etmək isə hər zaman asan olmur.
Məktəb və hazırlığın vahid sistemdə qurulması şagirdin həm dərslərini, həm də hazırlığını daha düzgün planlaşdırmasına imkan verir. Bu yanaşma dərs yükünü düzgün bölüşdürməyə və gələcək universitet hədəflərinə daha məqsədli hazırlaşmağa şərait yaradır. Bu səbəbdən universitetə hazırlığın 11-ci sinifdə deyil, daha erkən mərhələdən planlaşdırılması və məktəb təhsili ilə paralel şəkildə qurulması daha məqsədəuyğundur.
LANDAU School və “Leznik & Co.”nun birgə əməkdaşlığı ilə yaradılan “9-11 Hazırlıq Məktəbi”ndə məhz bu yanaşma vahid təhsil modelində birləşir. Bütün tədris prosesi gündə cəmi 4 saat davam edən dərs proqramı əsasında qurulur. Beləliklə, şagird bir məkanda həm məktəb proqramını davam etdirərək LANDAU School attestatı əldə edir, həm də buraxılış, blok və beynəlxalq imtahanlara hazırlaşır.
Kurs əsaslı məktəb modelinin effektivliyi şagirdlərin akademik göstəricilərində də öz əksini tapır:
- Orta SAT nəticəsi – 1380
- Orta IELTS nəticəsi – 7.5
- Buraxılış imtahanı – 200+ bal
- Universitetə qəbul göstəricisi – 100%
“9-11 Hazırlıq Məktəbi”ndə tədris Azərbaycan, rus və ingilis bölmələri üzrə həyata keçirilir. Məktəb “Zabitlər” və “Gənclik” olmaqla iki korpusda fəaliyyət göstərir. Proqram çərçivəsində şagirdlər həm yerli ali təhsil müəssisələrinə, həm də Almaniya və Çin universitetlərinə qəbul istiqamətində hazırlıq keçə bilirlər. Bundan əlavə, SAT, IELTS və TOEFL üzrə hazırlıq proqramları da təqdim olunur ki, bu da xaricdə təhsil hədəfləyən şagirdlər üçün əlavə imkanlar yaradır.
Burada tədris prosesi təcrübəli müəllim heyəti və akademik nəzarət sistemi ilə dəstəklənir. Şagirdlərin bilik səviyyəsi mütəmadi qiymətləndirilir, inkişaf dinamikası izlənilir və ehtiyaclara uyğun fərdi inkişaf planı formalaşdırılır.
Bununla yanaşı, şagirdlərə peşəkar konsultasiya dəstəyi də təqdim olunur. Konsultasiya zamanı onların maraq və potensialı nəzərə alınır, uyğun ixtisas istiqamətləri müəyyənləşdirilir, akademik hədəflərə uyğun fərdi tövsiyələr verilir və gələcək təhsil planı formalaşdırılır. Beləliklə, hazırlıq prosesi yalnız qəbul imtahanına deyil, universitet seçiminə və sonrakı akademik mərhələyə də sistemli şəkildə yönəlir.
“9-11 Hazırlıq Məktəbi” fəaliyyətini Landau Education Group-un illər ərzində formalaşdırdığı təhsil təcrübəsi və akademik yanaşması əsasında qurub. Məqsəd yalnız imtahanlarda yüksək nəticə əldə etmək deyil, şagirdin potensialını inkişaf etdirmək və onu uğurlu gələcəyə hazırlamaqdır.
Hazırda 2026/2027 tədris ili üzrə “9-11 Hazırlıq Məktəbi”nə qəbul davam edir. Qeydiyyatdan keçmək üçün sadəcə https://landauschool.com/az saytına daxil olaraq “Müraciət et” bölməsində “9-11 Hazırlıq Məktəbi”ni seçməyiniz və ya birbaşa link vasitəsilə formu doldurmağınız kifayətdir.


































































