"Zəfər" İB və TİKA Bakı arasında görüş keçirilib
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinasiya Ofisinin yeni təyin olunmuş rəhbəri Mahmut Ağırman ilə görüşüb.
Görüşdə şəhid ailələrinə yönəlmiş sosial layihələrin davamlı həyata keçirilməsi, birgə əməkdaşlığın genişləndirilməsi və gələcək perspektivlər ətrafında geniş müzakirələr aparılıb. Tərəflər gələcəkdə icrası nəzərdə tutulan yeni layihələr və atılacaq ortaq addımlar barədə fikir mübadiləsi edərək, bu dəstəyin Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindəki mühüm rolunu vurğulayıblar.




































































