Əlilliyi olan şəxslər üçün dizayn üzrə master-klas təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları üçün Simoorg Dizayn Akademiyasında dizayn üzrə master-klas təşkil olunub.
Tədbir zamanı iştirakçılara müxtəlif geyim eskizləri təqdim olunub. Benefisiarlar öz ideya və yaradıcılıq yanaşmalarını tətbiq edərək 3D modellər üzərində geyim nümunələri hazırlayıblar.
Bununla yanaşı, iştirakçılar shopper çantaların tikilməsi üzrə praktiki məşğələdə iştirak ediblər.
Master-klasın məqsədi benefisiarların geyim dizaynı və tikiş sahəsində praktiki bacarıqlarını inkişaf etdirmək, onların yaradıcılıq imkanlarını üzə çıxarmaq və yeni peşə istiqaməti üzrə təcrübə qazanmalarına şərait yaratmaq olub.


































































