Şəhid anası müalicə aldığı xəstəxanada ziyarət edilib
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, ictimai xadim, jurnalist və şair-publisist Umud Mirzəyev və şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-də keçirdiyi əməliyyatla əlaqədar müalicə alan 44 günlük Vətən müharibəsi şəhidi Elnur Qarayevin anası Mahirə Qarayevanı ziyarət ediblər.
İlqar Abbasov şəhid anasının səhhəti barədə məlumat alıb, ona Allahdan şəfa diləyib.
Şəhid anası göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Görüş əsnasında İlqar Abbasov və Umud Mirzəyev Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi tərəfindən regional “Ürək Mərkəzləri” layihəsi çərçivəsində yaradılan Şirvan Ürək Mərkəzinin fəaliyyəti və müəssisədə yaradılmış şəraitlə tanış olublar. Qeyd edilib ki, Mərkəzdə kardioloji xəstələrə invaziv kariologiya, invaziv aritmologiya, ürək damar cərrahiyyəsi kimi xidmətlər göstərilir.
Burada minimal invaziv və hibrid əməliyyatlar, anadangəlmə, eləcə də qazanılan ürək qüsurlarının müalicəsi, ürək ritminin pozğunluğunun invaziv yolla müalicəsi, müvəqqəti və daimi kardiostimulyasiya, implant edilə bilən defibrilyatorların implantasiyası və digər əməliyatların həyata keçirilməsi mümkündür.
































































