Budəfəki vətəndaş qəbulu Bərdə şəhərində keçirilib

Hit: 182
Budəfəki vətəndaş qəbulu Bərdə şəhərində keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Bərdədə vətəndaşları qəbul edib. 
 
Ümumilikdə 20-dən çox vətəndaşın qatıldığı qəbulda müraciətlər əsasən mənzil (fərdi ev) və avtomobil təminatı, sanatoriya-kurort yollayışları ilə təminat, reabilitasiya vasitələri ilə təminat və Agentliyin fəaliyyətinə dair digər məsələlərlə bağlı olub.
 
Vətəndaş müraciətləri dinlənilib, xüsusi araşdırma tələb edən məsələlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib. 
 
Respublikanın müxtəlif şəhər və rayonlarında həyata keçirilən qəbullarda iştirak etmək istəyən imtiyazlı şəxslər (012) 525 41 30 (daxili 5614; 5625) telefon nömrəsinə zəng edərək, [email protected] elektron poçt ünvanına məktub göndərərək, müvafiq regional filiala yaxınlaşaraq, həmçinin Agentliyin sosial şəbəkə hesablarına yazaraq müraciət edə bilərlər.






Redaktorun seçimi