Qoşqar Təhməzli “ATS Food” MMC-nin fəaliyyəti ilə tanış olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli avqust ayının 13-də “ATS Food” MMC-nin “Bismak” əmtəə nişanlı istehsal xəttinin fəaliyyəti ilə tanış olub.
Müəssisədə istehsal prosesinin müxtəlif mərhələləri, tətbiq olunan texnologiyalar, unlu qənnadı və digər qənnadı məmulatlarının emalı və qablaşdırılması proseslərini izləyib.
AQTA sədri müəssisənin “Çörəkçi” sahəsində xammalın qəbulu və emal prosesləri ilə tanış olub, həmçinin dəyirman sahələrinə baxış keçirib.
Müəssisənin rəhbəri tərəfindən istehsal sahələrində həyata keçirilən işlər, istehsal proseslərinin təşkili və qida təhlükəsizliyi tələblərinin təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.
Qoşqar Təhməzli istehsal proseslərində qida təhlükəsizliyi tələblərinə riayət olunmasının, məhsulların təhlükəsizliyinin təmin edilməsinin və istehlakçıların sağlamlığının qorunmasının vacibliyini vurğulayıb.




























































