Qida sahəsində gigiyena tələblərinə dair təlim keçirilib

Hit: 178
Qida sahəsində gigiyena tələblərinə dair təlim keçirilib
Qida zəncirinin bütün mərhələlərində çalışan əməkdaşların qida təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim keçirilib. 
 
Təlim zamanı qida sahəsinə aid əsas anlayışlar, qida təhlükəsizliyi üzrə müvafiq qanunvericiliyin əsas tələbləri, sanitariya-gigiyena və şəxsi gigiyena qaydaları, çarpaz çirklənmənin qarşısının alınması üsuları, HACCP (Təhlükələrin Təhlili və Kritik Nəzarət Nöqtələri)  sisteminin əsas prinsipləri, kritik nəzarət nöqtələrinin əhəmiyyəti və qida müəssisələrində təhlükəsizliyin idarə olunmasında  sistemin rolu həmçinin zərərvericilərə qarşı mübarizə  tədbirləri barədə məlumat verilib.
 
Təlim çərçivəsində iştirakçıların sualları cavablandırılıb, bilik və bacarıqları dəyərləndirilib. 






Redaktorun seçimi