Xəzər Günü çərçivəsində Xəzər sahillərində iməciliklər keçirilib
Xəzər Günü münasibətilə Bakı, Sumqayıt, Neftçala, Xaçmaz və Lənkəranın Xəzər sahillərində genişmiqyaslı təmizlik aksiyaları keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, yerli icra hakimiyyəti orqanlarının, ictimaiyyət nümayəndələrinin və könüllülərin iştirakı ilə keçirilən iməciliklər zamanı sahilyanı ərazilər 2,5 tona yaxın müxtəlif növ tullantıdan təmizlənib.
Aksiyaların keçirilməsində əsas məqsəd Xəzər dənizinin sahilyanı ərazilərində təmizliyin təmin olunması, ətraf mühitin mühafizəsinə ictimai dəstəyin artırılması və ekoloji məsuliyyətin təşviq edilməsidir.































































