Əkbər Abbasov səyyar qəbul keçirib

Hit: 171
Əkbər Abbasov səyyar qəbul keçirib
Lerik Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov  Orand kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Orand və Nuravud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nuravud, Köhnə Orand, Sorsçay və Zərdəbərə kəndlərinin sakinləri ilə səyyar-görüş keçirib. 
 
İcra hakimiyyətinin başçısı ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və  qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir. 
 
Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.






Redaktorun seçimi