Fənn müəllimlərinin işə qəbulu üzrə müsahibə mərhələsinə start verilib
Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 2026–2027-ci tədris ilindən etibarən yeni təmayüllü tədris modelinin tətbiq olunacağı ümumi təhsil müəssisələrinə fənn müəllimlərinin işə qəbulu üzrə müsahibə mərhələsinə start verilib.
Vakansiya elan olunan ümumi təhsil müəssisələri:
-Qubadlı rayonu İsmət Qayıbov adına Saray kənd tam orta ümumtəhsil məktəbi,
-Kəlbəcər rayonu 10 nömrəli tam orta ümumtəhsil məktəbi.
Yeni təmayül tədris modeli tətbiq edilən ümumtəhsil müəssisələrində tədris prosesinə peşəkar, yüksək akademik göstəricilərə malik və müasir təlim metodlarını tətbiq edən müəllimlərin cəlb olunması əsas prioritetlərdəndir.
Müəllim seçimi zamanı sertifikatlaşdırma, müəllimlərin işə qəbulu (MİQ), diaqnostik qiymətləndirmə və digər peşəkar göstəricilər üzrə yüksək nəticələr, eləcə də pedaqoji səriştə, innovativ yanaşma və tədris keyfiyyəti nəzərə alınır. Bununla da yeni təmayüllü tədris modelinin tətbiq olunduğu məktəblərdə seçilmiş və yüksək peşəkarlığa malik müəllimlərdən ibarət güclü pedaqoji heyət formalaşdırılır.































































