Universitetlərə qəbul üçün ixtisas seçimi başlayıb

Hit: 156
Universitetlərə qəbul üçün ixtisas seçimi başlayıb
2026–2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi başlayır.
 
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına əsasən, ixtisas seçimi avqustun 12-dən 19-dək internet vasitəsilə aparılacaq.
 
Bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulu üçün I ixtisas qrupu üzrə ümumilikdə 16 265, II ixtisas qrupu üzrə 4 185, III ixtisas qrupu üzrə 4 218, IV ixtisas qrupu üzrə 3 446, V ixtisas qrupu üzrə isə 1 543 plan yeri ayrılıb.
 
Beləliklə, 2026–2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün ümumilikdə 29 657 dövlət sifarişli plan yeri ayrılıb.






Redaktorun seçimi