Əlilliyi olan gənclərin peşə hazırlığı üzrə növbəti qiymətləndirməsi keçirilib
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə hazırlığı keçən 16 gəncin qiymətləndirməsi aparılıb.
Benefisiarların kurs müddətində biliklərə yiyələnmə səviyyəsini yoxlamaq məqsədi daşıyan qiymətləndirmə kompüter istifadəçisi, manikür, kişi bərbəri, dərzilik və aşpaz köməkçisi peşələri daxil olmaqla 8 istiqamət üzrə keçirilib.
İmtahan komissiyasının qərarına əsasən tələbələrdən 7 nəfərinə şəhadətnamə, 9 nəfərinə arayış təqdim edilib. Ümumilikdə isə 2026-cı il ərzində müəssisədə 2 dəfə qiymətləndirmə aparılıb və prosesə 45 nəfər cəlb edilib. Onlardan 29 nəfəri kursları şəhadətnamə ilə bitirib.
Qeyd edək ki, Mərkəzdə 15-35 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada müxtəlif peşələr üzrə 3-6 aylıq kurslar təşkil olunur.































































