"One Health” – ATU tələbələri üçün yeni inkişaf və karyera fürsəti!
Azərbaycan Tibb Universitetinin tələbələri (ATU) Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən reallaşdırılan "Vahid Sağlamlıq" Mentorluq Proqramında iştirak edə bilərlər.
Proqramın əsas məqsədi qida təhlükəsizliyi, bitki sağlamlığı, heyvan sağlamlığı və ictimai sağlamlıq sahələrində təhsil alan tələbələrin beynəlxalq "One Health (Vahid Sağlamlıq)" yanaşması əsasında inkişafına dəstək vermək, onların strateji düşünmə, analitik təhlil və qərarvermə bacarıqlarını gücləndirmək, eləcə də gələcək peşə fəaliyyətlərinə hazırlıqlarını artırmaqdır.
12 həftə davam edən proqram çərçivəsində iştirakçılar:
• Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun rəhbər vəzifəli şəxsləri ilə strukturlaşdırılmış mentorluq görüşlərində iştirak edəcək;
• Qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı, ictimai sağlamlıq istiqamətləri üzrə texniki biliklərini dərinləşdirəcək;
• Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə təşkil olunan master-klass və peşəkar inkişaf sessiyalarına qoşulacaq;
• FAO, WHO, WOAH, EPPO və Codex Alimentarius kimi beynəlxalq təşkilatların fəaliyyət istiqamətləri ilə yaxından tanış olacaq;
• Peşəkar əlaqələr (Networking) qurmaq və gələcək karyera istiqamətlərini formalaşdırmaq imkanı əldə edəcəklər.
Ətraflı məlumat və qeydiyyat: (https://afsi.gov.az/az/mentorship)

































































