Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Qərbi Azərbaycanın zəngin memarlıq irsinin öyrənilməsi, qorunması və təbliği məqsədilə Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib.
“Qərbi Azərbaycanın memarlıq irsi” mövzusuna həsr olunmuş görüşdə çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı müəyyən etdiyi ideoloji xəttin Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, dövlət başçısının rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdış məsələsinin artıq yalnız tarixi fakta deyil, dövlət strategiyasına çevrildiyini vurğulayıblar.
Tədbirdə Qərbi Azərbaycanın tarixi şəhərləri, memarlıq abidələri, məscidləri, qalaları, körpüləri, qəbiristanlıqları və digər maddi-mədəni irs nümunələri haqqında geniş məlumat verilərək bu abidələrin xalqımızın zəngin tarixini, milli kimliyini və mədəni irsini özündə əks etdirdiyi, onların öyrənilməsi və təbliğinin mühüm əhəmiyyət daşıdığı, qorunmasının zəruriliyi qeyd olunub.
Sonda Qərbi Azərbaycanın memarlıq irsinə həsr olunmuş videoçarx təqdim olunub.





































































