Müasir Şəhərlərvə Texnologiya düşərgəsi davam edir

Hit: 160
Müasir Şəhərlərvə Texnologiya düşərgəsi davam edir
Müasir Şəhərlərvə Texnologiya düşərgəsi həm öyrədici, həm də yüksək motivasiya ilə davam edir
 
Düşərgənin üçünü gününə təmiz havada idmanla başlayan gənclər ardınca “Şəhərsalmada yeni baxış: Təcrübə, innovasiya və inklüzivlik” mövzusunda panel müzakirəsində iştirak edərək müasir şəhərsalma təcrübəsi, eləcə də inklüziv və əlçatan şəhər mühitinin formalaşdırılması istiqamətində təqdimatlarla tanış olublar.
 
Günün davamında Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, alim və tarix elmləri doktoru Həsən Həsənov ilə gənclərin görüşü baş tutub.
Günün ikinci yarısında gənclər Airsoft strategiya oyunu ilə çeviklik və komanda ruhunu bir arada yaşayıblar. 
 
Dolu-dolu keçən günə isə gənclər canlı ifalar və DJ-in çıxışı ilə dinamik şəkildə yekun vurublar.






Redaktorun seçimi