Vakansiyalar üçün müsahibə mərhələsi keçirildi

Hit: 156
Vakansiyalar üçün müsahibə mərhələsi keçirildi
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Psixoloji-Tibbi-Pedaqoji Komissiyalar (PTPK) üzrə vakansiyalar üçün müsahibə mərhələsi keçirilib.
Müsahibələr çərçivəsində Loqoped, Daşkəsən PTPK üzrə katib, Goranboy PTPK üzrə katib və Göygöl PTPK üzrə pedaqoq vəzifələri üzrə namizədlərin peşə bilik və bacarıqları, kommunikasiya qabiliyyəti və vəzifəyə uyğunluğu qiymətləndirilib.
 
Müsahibə prosesi şəffaflıq, obyektivlik və bərabər imkanlar prinsipləri əsasında təşkil olunub. Namizədlərin peşə səriştələri müsahibə komissiyası tərəfindən müəyyən edilmiş meyarlar əsasında dəyərləndirilib.
 
Seçim prosesinin nəticələri və növbəti mərhələlər barədə namizədlərə müvafiq qaydada məlumat veriləcək.






Redaktorun seçimi