I ixtisas qrupu üzrə ölkə birincisi gələcəyin memarı olacaq!

Hit: 155
I ixtisas qrupu üzrə ölkə birincisi gələcəyin memarı olacaq!
700 bal toplayaraq ölkə birincisi olan Burlaxatun Məcidli ADA Universitetinin İtaliya–Azərbaycan Universiteti layihəsi çərçivəsində təqdim edilən Memarlıq ixtisasını seçib.
 
Bu möhtəşəm uğur ailədə tək deyil! Onun əkiz bacısı Banuçiçək Məcidli də hər iki imtahan cəhdinin nəticəsinə əsasən 639 bal toplayıb və ixtisas seçimi zamanı ADA Universitetinin Hüquqşünaslıq ixtisasına müraciət edəcək.
 
Mingəçevir şəhəri Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyinin məzunları Burlaxatun və Banuçiçəyi bu böyük nailiyyət münasibətilə təbrik edir, hər ikisinə uğurlu və yaddaqalan tələbəlik həyatı arzulayırıq!






Redaktorun seçimi