Neftçalanın icra başçısı səyyar görüş keçirib - FOTOLAR

Hit: 395
Neftçalanın icra başçısı səyyar görüş keçirib - FOTOLAR
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Xoltəzəkənd kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
 
Səyyar qəbul zamanı Xol Qarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
 
Çıxış edən natiqlər “Azərbaycan dili xalqımızın milli və mənəvi sərvətidir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan dili xalqımızın milli kimliyini, tarixini və zəngin mədəni irsini yaşadan ən dəyərli mənəvi sərvətlərdən biridir. Dövlət dilimizin qorunması, inkişaf etdirilməsi və düzgün tətbiqi hər bir vətəndaşın məsuliyyətidir. Ana dilimizin saflığının qorunması, gənc nəslə sevdirilməsi və ictimai həyatın bütün sahələrində geniş istifadəsinin təşviqi milli-mənəvi dəyərlərimizin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan dilinə hörmət milli birliyimizin, dövlətçiliyimizin və mədəni irsimizin gələcək nəsillərə ötürülməsinin əsas təminatlarından biridir.
 
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycan dili xalqımızın milli kimliyini, zəngin tarixini və mənəvi dəyərlərini özündə yaşadan ən qiymətli sərvətlərdən biridir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi, qorunması və inkişaf etdirilməsini daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab edib, bu sahədə mühüm qərar və fərmanların qəbul edilməsinə nail olub. Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının Azərbaycan dilinin saflığının qorunması, latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi, dilin rəqəmsal mühitdə inkişafı və dünya miqyasında təbliği ilə bağlı imzaladığı fərman və sərəncamlar ana dilimizin inkişafına mühüm töhfə verib.
RİH-nin başçısı bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da milli-mənəvi dəyərlərimizin, ana dilimizin, ədəbiyyatımızın və mədəni irsimizin qorunması, təbliği istiqamətində həyata keçirilən layihələrə və təşəbbüslərə daim dəstək göstərir. Azərbaycan dövlətinin dil siyasəti ana dilimizin qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl şəkildə həyata keçirilir.

Qəbul olunan fərman və sərəncamlar Azərbaycan dilinin dövlət dili kimi nüfuzunun daha da möhkəmləndirilməsinə, cəmiyyətin bütün sahələrində geniş tətbiqinə və milli-mənəvi dəyərlərimizin yaşadılmasına xidmət edir.
 
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. 
 
Neftçala RİH-in başçısı, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
 
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən nasos stansiyalarda işləyən nasos aqreqatlarının sayının artırılması, elektrik təsərrüfatının yenilənməsi, kanalların lildən və kol-kosdan təmizlənməsi, suvarma suyunda növbəlilik qrafikinə əməl olunması və suyun miqdarının artırılması, evinə qaz çəkilməsinə köməklik olunması, torpaqlarını birləşdirərək yeni koorperativin yaradılması və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
 
Səyyar qəbul zamanı vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.
1
1
1
1
1
1






Redaktorun seçimi