Vicdanın səsi: Şəhid övladlarına sevinc bəxş edən insanı qaralamaq kimə xidmət edir? - FOTOLAR

Hit: 401
Vicdanın səsi: Şəhid övladlarına sevinc bəxş edən insanı qaralamaq kimə xidmət edir? - FOTOLAR
Bəzən insan düşünür: görəsən, xeyirxahlığın da cəzası olurmu?
 
Şəhid övladlarının üzündə təbəssüm yaratmaq, onların bayram sevincinə şərik olmaq, ailələrinə diqqət və qayğı göstərmək hər kəsin bacarmadığı bir məsuliyyətdir. Bu, sadəcə təşkil olunan bir tədbir deyil, Vətən uğrunda canından keçən qəhrəmanların əmanətlərinə göstərilən hörmət və ehtiramdır.
 
“Magen David Azərbaycan”ın təsisçisi David Seliverstovun təşkilatçılığı ilə şəhid övladları üçün keçirilən bayram tədbiri də məhz bu dəyərlərin ifadəsi idi. Uşaqların sevinc dolu baxışları, valideynlərin minnətdarlığı və tədbirdə yaşanan səmimi anlar bir daha göstərdi ki, xeyirxahlığın milliyyəti, dini və sərhədi yoxdur.
 
Belə bir fəaliyyətin fonunda cəmiyyət istər-istəməz sual verir: belə sosial layihələrə imza atan bir insan haqqında mənfi kampaniyalar aparılması kimə və nəyə xidmət edir?
 
Əlbəttə, hər kəs tənqid oluna bilər. Lakin tənqid faktlara əsaslanmalıdır. Əgər ortada ittiham varsa, o, sübutlarla təsdiqlənməlidir. Əks halda, əsassız iddialar təkcə bir insanın nüfuzuna deyil, xeyriyyəçilik ənənəsinə, cəmiyyətin həmrəyliyinə və bu cür təşəbbüslərə də zərbə vurur.
 
Şəhid övladlarının sevincinə səbəb olan insanları qiymətləndirmək əvəzinə, onları əsassız ittihamlarla hədəfə çevirmək cəmiyyətdə haqlı narahatlıq doğurur. Çünki bu gün qaralanan təkcə bir ad deyil – həm də xeyirxahlıq, mərhəmət və sosial məsuliyyət anlayışıdır.
 
Tarix göstərib ki, həqiqət gec də olsa üzə çıxır. İnsan haqqında ən doğru hökmü isə yayılan söz-söhbətlər deyil, onun illər boyu gördüyü işlər, toxunduğu həyatlara verdiyi ümid və cəmiyyətə qazandırdığı dəyərlər verir.
 
Şəhid övladlarının gülüşünə səbəb olan hər bir təşəbbüs cəmiyyət üçün dəyərdir. Bu dəyərləri qorumaq isə hamımızın mənəvi borcudur.
1
1
1
1






Redaktorun seçimi