Nüvədi və Soru kəndlərində səyyar görüş-qəbul keçirilib

Hit: 169
Nüvədi və Soru kəndlərində səyyar görüş-qəbul keçirilib
Lerik Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Nüvədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nüvədi, Brkandul, 40-cı kilometr, Rəzəvül, Vistən kəndlərinin və Əliabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Soru, Əliabad, Gürdəsər və Camaşəir kəndlərinin sakinləri ilə səyyar qəbul keçirib. 
Səyyar qəbulda RİH başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
Qəbulda çıxış edən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov  bildirib ki, səyyar görüşlərdə əsas məqsəd kəndlərdəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır. 
Səyyar qəbulda vətəndaşların səsləndirdikləri problemlər rayon icra hakimiyyətinin başçısı tərəfindən dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.






Redaktorun seçimi