AzTU məzunlarından növbəti uğur
Azərbaycan Texniki Universitetinin İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin məzunları Fidan Heydərova və Nihat Zəkəryə, Energetika fakültəsinin məzunu Toğrul Hacıyev Dövlət Proqramının qalibləri olublar.
Faktor.az xəbər verir ki, məzunlar 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xarici universitetlərdə magistratura təhsili alacaqlar.
Belə ki, Fidan Heydərova Böyük Britaniyanın Birmingem Universitetində, Nihat Zəkəryə Warwick Universitetində, Toğrul Hacıyev isə Edinburq Universitetində təhsillərini davam etdirəcəklər.

































































