Komitə əməkdaşının 45 illik yubileyi qeyd olunub

Hit: 154
Komitə əməkdaşının 45 illik yubileyi qeyd olunub
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Komitə Aparatının Maliyyə-təsərrüfat və kargüzarlıq şöbəsinin müdiri Vüsalə Vəliyevanın 45 illik yubileyi qeyd olunub.
 
Yubiley tədbirində çıxış edən Komitə sədri Ramilə Seyidova Vüsalə Vəliyevanı 45 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı  və gələcək fəaliyyətində uğurlar arzulayıb. Komitə sədri Vüsalə Vəliyevanın uzun illər ərzində öz vəzifə öhdəliklərini məsuliyyətlə yerinə yetirdiyini və işgüzar fəaliyyəti ilə seçildiyini qeyd edib.
 
Daha sonra Komitə sədrinin müavini Aytən Məmmədova və Komitənin əməkdaşları çıxış edərək yubilyara xoş arzularını çatdırıb, onu əlamətdar gün münasibətilə təbrik ediblər.
 
Sonda Vüsalə Vəliyevaya yubileyi münasibətilə hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.






Redaktorun seçimi