Yeni salınmış intensiv moruqçuluq təsərrüfatı ilə tanışlıq

Hit: 167
Yeni salınmış intensiv moruqçuluq təsərrüfatı ilə tanışlıq
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Səmədli qəsəbəsində fermer Fuad Zalova məxsus yeni salınmış intensiv moruqçuluq təsərrüfatı ilə yerində tanış olub.
 
Məlumat verilib ki, müasir damcı suvarma sistemi ilə becərilən 8 hektar moruq sahəsində yığım mövsümündə hər gün 50 nəfər mövsümi işçi çalışır. İntensiv becərmə üsulu sayəsində hər hektardan orta hesabla 8–10 ton məhsul əldə edilir.
 
Görüşdə ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi və yaradılan əlverişli şərait yüksək qiymətləndirilərək Möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıq ifadə edilib.






Redaktorun seçimi