Xüsusi texnika və texnologiya fakültəsinin məzunları üçün işə qəbul müsahibəsi keçirilib

Hit: 160
Xüsusi texnika və texnologiya fakültəsinin məzunları üçün işə qəbul müsahibəsi keçirilib
Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsi və Karyera və məşğulluq mərkəzinin birgə təşəbbüsü ilə “AZROKSAN” şirkətinin
nümayəndələri ilə fakültənin məzunlarının görüşü təşkil olunub.
 
Məqsəd məzunların ixtisaslarına uyğun iş imkanlarının artırılması, onların əmək bazarına uğurlu inteqrasiyası və universitet-sənaye əməkdaşlığının daha da möhkəmləndirilməsidir.
 
Görüş çərçivəsində məzunlarla onların ixtisas istiqamətlərinə uyğun fərdi işə qəbul müsahibələri keçirilib. Müsahibələrin nəticələrinə əsasən namizədlərin böyük əksəriyyəti seçim mərhələsini uğurla keçərək şirkət nümayəndələri tərəfindən müsbət qiymətləndirilib.
 
“AZROKSAN” şirkətinin nümayəndələri müsahibələr zamanı məzunların nəzəri biliklərini, praktik hazırlıq səviyyəsini və peşə bacarıqlarını yüksək qiymətləndiriblər. Şirkət təmsilçiləri AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsində hazırlanan mütəxəssislərin müdafiə sənayesinin tələblərinə cavab verdiyini və onların gələcək karyeraları üçün yüksək potensiala malik olduqlarını qeyd ediblər.
 






Redaktorun seçimi