Qohum evliliyinin genetik risklərinə və cəmiyyətə mənfi təsirinə dair layihə icra olunub

Hit: 164
Qohum evliliyinin genetik risklərinə və cəmiyyətə mənfi təsirinə dair layihə icra olunub
“Qan Donorları Assosiasiyası” İctimai Birliyi “Qohum evliliyinin genetik riskləri və cəmiyyətə mənfi təsiri” layihəsinin icrasını başa çatdırıb. İctimai Birliyin sədri Fuad Əsgərov bildirib ki, layihənin məqsədi qohum evliliklərinin mümkün fəsadları barədə ictimai məlumatlılığı artırmaq, sağlam ailə institutunun formalaşmasına töhfə vermək və genetik risklərlə bağlı maarifləndirmə işini gücləndirməkdir.
 
Layihə çərçivəsində 2026-cı il iyunun 15-də Biləsuvar Gənclər Evində, iyunun 21-də Cəlilabad Tibb Kollecində, iyunun 23-də Masallı Regional Kollecində, iyulun 8-də
Lənkəran Tibb Kollecində və iyulun 12-də Astara Rayon Mərkəzi Xəstəxanasında ümumilikdə 150-yə yaxın iştirakçının qatıldığı maarifləndirici görüşlər keçirilib.
 
Görüşlərdə qohum evliliklərinin fəsadlarına dair təqdimatlar edilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. 
Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.






Redaktorun seçimi