Azərbaycan Pediatriya Cəmiyyəti Füzulidə uşaqların ödənişsiz tibbi müayinəsini təşkil edib
2026-cı il 25–26 iyul tarixlərində Azərbaycan Pediatriya Cəmiyyəti Füzuli rayonunda ödənişsiz tibbi müayinə aksiyası təşkil edilib. İctimai Birliyin sədri Əli Quliyev bildirib ki, regionlarda həyata keçirilən bu cür aksiyalar keyfiyyətli pediatrik xidmətlərin əlçatanlığının artırılması, erkən diaqnostikanın təşviqi və uşaq sağlamlığının qorunmasına töhfə verir.
Aksiya çərçivəsində ümumilikdə 300 nəfərdən çox uşaq müayinə olunub.
Müayinələr zamanı uşaqların sağlamlıq vəziyyəti dəyərləndirilib, ehtiyac yarandığı hallarda əlavə müayinə və müalicə ilə bağlı müvafiq tövsiyələr verilib. Valideynlərlə profilaktik müayinələrin əhəmiyyəti, uşaqların sağlam inkişafı və xəstəliklərin erkən aşkarlanması barədə maarifləndirici söhbətlər aparılıb.
Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.
































































