ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər

Hit: 161
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
Azərbaycan Tibb Universitetinin (ATU) I Müalicə-profilaktika və II Müalicə-profilaktika fakültələrinin tələbələri  Esmanur Məmməd,  Ülkər Məmmədova, Murad Xəlilov və Fəridə Verdiyeva Türkiyənin Üsküdar Universitetinin NP İSTANBUL Beyin Xəstəxanasında kliniki təcrübə proqramında iştirak ediblər. Proqram çərçivəsində tələbələr müasir tibbi avadanlıqlarla təchiz edilmiş klinik mühitdə praktiki bilik və bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar. Onlar pasiyentlərin diaqnostika və müalicə proseslərini yaxından izləyərək, nəzəri biliklərini real klinik şəraitdə tətbiq ediblər.
 
Qeyd edək ki, NP İSTANBUL Beyin Xəstəxanası neyropsixiatriya sahəsində ixtisaslaşmış, qabaqcıl tibbi texnologiyalara malik aparıcı tibb müəssisələrindən biridir.
Bu cür beynəlxalq təcrübə proqramları tələbələrin peşəkar inkişafına, beynəlxalq tibbi mühitlə tanışlıqlarına və gələcək karyera imkanlarının genişlənməsinə mühüm töhfə verir.






Redaktorun seçimi