Hacıqabul rayon Heydər Əliyev Mərkəzində ekskursiyalar davam edir
Həftə ərzində Mərkəzdə 3 qrup şəklində ümumilikdə 43 nəfər ekskursiyada iştirak edib. Ekskursiyalarda rayon gəncləri, uşaqlar, mədəniyyət işçiləri idarə və təşkilatların nümayəndələri iştirak ediblər.
Ekskursiya zamanı ziyarətçilər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olaraq, onun zəngin dövlətçilik irsi haqqında geniş məlumat əldə ediblər. Müxtəlif sərgilərlə yaxından tanış olublar.
Hacıqabul rayon Heydər Əliyev Mərkəzi gələcək nəsillərdə milli-mənəvi dəyərlərə, tariximizə və dövlətçilik ənənələrimizə hörmət hissinin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.

































































