“Fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda təlim

Hit: 165
“Fövqəladə hallardan qorunma və  yanğın təhlükəsizliyi qaydaları” mövzusunda təlim
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Lənkəran penitensiar müəssisəsində “Fövqəladə hallardan qorunma və  yanğın təhlükəsizliyi qaydaları” mövzusunda təlim keçirilib.
 
Təlimin əsas məqsədi müəssisənin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydalarının aşılanması olub.
 
Tədbirdə mərkəzin əməkdaşları tərəfindən fövqəladə hallar və yanğın zamanı zəruri davranış və təxliyə tədbirləri, həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






Redaktorun seçimi