Topalhəsənli kəndində səyyar qəbul keçirilib

Hit: 162
Topalhəsənli kəndində səyyar qəbul keçirilib
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Topalhəsənli kəndində növbəti səyyar qəbul keçirib.
 
Səyyar qəbulda rayon prokuroru, YAP rayon təşkilatının sədri, İH-nin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri və müxtəlif xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
 
Görüş zamanı sakinlərin müxtəlif mövzular üzrə müraciətləri diqqətlə dinlənilib. Qaldırılan problemlərin həlli ilə bağlı aidiyyəti qurum rəhbərlərinə müvafiq göstərişlər verilib, bəzi məsələlər isə icrası üçün nəzarətə götürülüb.
 
Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 






Redaktorun seçimi