Tədqiqatçı-alim: Xoşbulaq siklopik qalasının su təminatı sistemi kompleks tədqiqat tələb edir

Hit: 166
Tədqiqatçı-alim: Xoşbulaq siklopik qalasının su təminatı sistemi kompleks tədqiqat tələb edir
Daşkəsən rayonunun Xoşbulaq yaylağında yerləşən siklopik qalanın memarlıq təhlili zamanı abidənin su təminatı sistemi və tarixi dövrləşdirilməsi ilə bağlı yeni elmi yanaşmalar irəli sürülüb.
 
Memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Qarabağlı Xoşbulaq yaylağındakı siklopik qalanın memarlıq xüsusiyyətləri və tarixi ilə bağlı apardığı araşdırmanın nəticələri barədə fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüb.
 
Alim bildirib ki, müşahidələr zamanı qala daxilində təbii su mənbəyinə rast gəlinməyib. Bu fakt qalanın planlaşdırılması və müdafiə sisteminin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
 
Tədqiqatçı hesab edir ki, abidənin su təminatı ilə bağlı məsələyə yalnız memarlıq xüsusiyyətləri əsasında deyil, arxeoloji, hidrogeoloji və geofiziki tədqiqatların nəticələri əsasında kompleks şəkildə yanaşılmalıdır. Bu istiqamətdə aparılacaq araşdırmalar qalanın mühəndislik həllərinin daha dolğun öyrənilməsinə imkan verəcək.






Redaktorun seçimi