Məktəb direktorlarının işə qəbulu üzrə müsahibələrə start verilib

Hit: 165
Məktəb direktorlarının işə qəbulu üzrə müsahibələrə start verilib
Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin növbəti mərhələsi – müsahibələrə start verilib.
 
Müsahibələr ilk mərhələdə şagird sayı 500-dək olan ümumi təhsil müəssisələri üzrə vakant direktor vəzifələri üçün təşkil olunur.
Namizədlərin müsahibəyə dəvəti müsabiqə qaydalarına uyğun olaraq ardıcıllıq prinsipi əsasında həyata keçirilir və hər vakant vəzifə üzrə uyğun namizəd müəyyən edilənədək davam edəcək.
 
Müsahibə zamanı namizədlərin peşəkar bilik və bacarıqları komissiya tərəfindən yeddi əsas meyar üzrə qiymətləndirilir. 
Bunlar liderlik və strateji idarəetmə, pedaqoji və tədris fəaliyyəti, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əməkdaşlıq bacarıqları, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji səriştələr, eləcə də sosial və emosional bacarıqlardır.
 
Müsahibə mərhələsinə dəvətlə bağlı məlumatlar namizədlərin şəxsi kabinetlərinə mərhələli şəkildə göndərilir.
Mil-Muğan Regional Təhsil İdarəsi direktor vəzifəsinə namizəd olan bütün iştirakçılara müsahibə mərhələsində uğurlar arzulayır və onların təhsil müəssisələrinin effektiv idarə olunmasına töhfə verəcək peşəkar rəhbərlər kimi fəaliyyət göstərəcəklərinə inanır.






Redaktorun seçimi