“Könüllülər üçün yay təcrübə proqramı – 2026” layihəsi çərçivəsində təlimlər davam edir

Hit: 154
“Könüllülər üçün yay təcrübə proqramı – 2026” layihəsi çərçivəsində təlimlər davam edir
“Regional İnkişaf” İctimai Birliyi tərəfindən gənclərin fərdi inkişafına və peşəkar bacarıqlarının artırılmasına dəstək məqsədilə təşkil olunan “Könüllülər üçün yay təcrübə proqramı – 2026” layihəsi çərçivəsində təlimlər davam edir.
 
Proqram çərçivəsində növbəti təlim “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova tərəfindən keçirilib. Təlim zamanı iştirakçılara beynəlxalq layihələrin idarə olunması, layihə sənədlərinin hazırlanması və strukturu, fəaliyyət planının və büdcənin tərtibi, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması, əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, eləcə də beynəlxalq layihələrin həyata keçirilməsində tətbiq olunan standartlar barədə ətraflı məlumat verilib. Bununla yanaşı, layihələrin planlaşdırılması və icrası zamanı nəzərə alınmalı əsas prinsiplər, donor təşkilatlarla effektiv kommunikasiya və beynəlxalq tərəfdaşlıq mexanizmləri haqqında praktik biliklər iştirakçılarla bölüşülüb.
 
Qeyd edək ki, layihənin məqsədi gənclərə müxtəlif istiqamətlər üzrə praktiki bilik və bacarıqlar qazandırmaq, onların peşəkar inkişafını dəstəkləmək və gələcək əmək fəaliyyətinə hazırlıq səviyyəsini artırmaqdır.






Redaktorun seçimi