Tovuzun icra başçısı balıqçılıq təsərrüfatının inkişaf imkanları ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun Azaflı kəndində Yusifov Qəzənfər Əkbər oğluna məxsus balıqçılıq təsərrüfatında olub.
Rayon İcra Hakimiyyətinin başçısı təsərrüfatda görülən işlərlə yaxından tanış olub, istehsal prosesi ilə maraqlanıb, burada yetişdirilən əlvan farel balıqlarına baxış keçirib.
Görüş zamanı Dövlət Proqramından irəli gələn vəzifələrin icrası, balıqçılıq və akvakultura sahəsində dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə, istehsalın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və təsərrüfatın inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Təsərrüfatın mövcud potensialının artırılması, istehsal həcminin genişləndirilməsi və Dövlət Proqramının təqdim etdiyi imkanlardan maksimum faydalanılması istiqamətində maarifləndirici söhbətlər aparılıb, aidiyyəti üzrə müvafiq tövsiyələr verilib. Təsərrüfatın rəhbəri Yusifov Qəzənfər müəssisənin fəaliyyəti, istehsal imkanları, yetişdirilən balıq növləri və gələcək inkişaf planları barədə ətraflı məlumat verib. O, Dövlət Proqramının yaratdığı imkanlardan istifadə etməklə təsərrüfatın genişləndirilməsi, istehsal gücünün artırılması və yeni layihələrin həyata keçirilməsi ilə bağlı fikir və təkliflərini diqqətə çatdırıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi xüsusi diqqət və bu istiqamətdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti regionlarda kənd təsərrüfatının, o cümlədən balıqçılıq və akvakultura sahəsinin inkişafına geniş imkanlar yaradıb. Dövlət tərəfindən təqdim olunan subsidiyalar, güzəştli kreditlər və digər dəstək mexanizmləri istehsalın artırılmasına, sahibkarlığın inkişafına və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verir.
Qeyd olunub ki, təsərrüfatda yüksək keyfiyyətli əlvan farel balıqları yetişdirilir və istehsalın daha da genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Sonda təsərrüfatın rəhbəri göstərilən diqqət və dəstəyə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.





































































