“Uğurlu çıxış və natiqlik sənəti” mövzusunda təlim

Hit: 175
“Uğurlu çıxış və natiqlik sənəti” mövzusunda təlim
ASAN İnnovativ İnkişaf Mərkəzinin tərəfdaşlığı və “Baku Design Academy”nin təşkilatçılığı ilə “Adobe” və “Microsoft World Championship” qalibləri üçün “Uğurlu çıxış və natiqlik sənəti” mövzusunda təlim keçirilib.
 
ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Fəxri Məhəmmədzadə tərəfindən keçirilən təlim iştirakçıların yumşaq bacarıqlarının inkişaf etdirilməsi, beynəlxalq final mərhələsində özlərini və layihələrini daha effektiv təqdim etmələri məqsədi daşıyıb.
 
Təlim zamanı uğurlu təqdimat, auditoriya qarşısında çıxış və effektiv nitq bacarıqları üzrə praktiki biliklər paylaşılıb.






Redaktorun seçimi