İlqar Abbasov şəhid anasını müalicə aldığı xəstəxanada ziyarət edib

Hit: 175
İlqar Abbasov şəhid anasını müalicə aldığı xəstəxanada ziyarət edib
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri səhhətində yaranan narahatlıqla bağlı Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-də müalicə alan şəhid Nicat Hüseynovun anası Zümrüd Hüseynovanı ziyarət ediblər.
 
İlqar Abbasov şəhid anasının səhhəti, aparılan müayinə və müalicə prosesi ilə maraqlanıb, ona Allahdan şəfa diləyib.
 
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə edib.






Redaktorun seçimi