DMA və “Sunlab” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Hit: 175
DMA və “Sunlab” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Sunlab” MMC arasında əməkdaşlığa dair memorandum imzalanıb.
 
Sənədin imzalanması mərasimində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov Agentliyin fəaliyyəti barədə ətraflı məlumat verib. İşsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunmasında işəgötürənlərlə tərəfdaşlığın mühüm rol oynadığını vurğulayıb.
 
“Sunlab” MMC-nin direktoru Elmir Səfərli isə əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması, məşğulluğun dəstəklənməsi və sosial məsuliyyət istiqamətində Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirib.
 
Memorandumu Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov və “Sunlab” MMC-nin direktoru Elmir Səfərli imzalayıblar.
 
Memoranduma əsasən, işaxtaran və işsiz şəxslərin işə düzəlmələrinə köməklik məqsədilə əmək yarmarkalarının təşkili, əmək bazarının tələblərinə uyğun peşə hazırlığı və peşəyönümü tədbirlərinin həyata keçirilməsi, həmçinin "Sunlab" MMC tərəfindən Agentliyin göndərişi əsasında işsiz və işaxtaran şəxslərin, o cümlədən həssas qruplara aid şəxslərin məşğulluqlarının təmin olunması və digər istiqamətlərdə birgə fəaliyyət nəzərdə tutulub.






Redaktorun seçimi