RİH başçısı Ağacqala kəndində səyyar qəbul-görüş keçirib

Hit: 176
RİH başçısı Ağacqala kəndində səyyar qəbul-görüş keçirib
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Ağacqala kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.
 
Qəbulda rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbər və məsul şəxsləri iştirak ediblər. Səyyar qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılması tələb olunan müraciətlər isə aidiyyəti üzrə nəzarətə götürülərək müvafiq tapşırıqlar verilib.
 
Sonda kənd sakinləri ölkəmizdə həyata keçirilən sosial siyasətə və vətəndaş müraciətlərinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






Redaktorun seçimi