Ekologiya və təbii sərvətlər naziri Şəmkirdə vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 20 iyul 2026-cı il tarixində ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Şəmkir rayonunda Şəmkir, Gədəbəy, Daşkəsən, Samux və Göygöl rayonlarından olan sakinləri qəbul edib.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi anılıb.
Vətəndaş qəbulu zamanı ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunması, mineral xammal, işlə təminolunma və digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib. ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.








































































