III ixtisas qrupu üzrə üç nəfər 400 bal toplayıb

Hit: 152
III ixtisas qrupu üzrə üç nəfər 400 bal toplayıb
İyulun 5-də keçirilmiş qəbul imtahanlarında üç nəfər 400 bal toplayıb.
 
Dövlət İmtahan Mərkəzindən (DİM) Faktor.az-a bildirilib ki, bu imtahanda Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Əli Musa oğlu Məmmədzadə, Şəmkir rayonu Kür qəsəbə orta məktəbinin məzunu Aydan İxtiyar qızı Məmmədova, Abşeron rayonu Saray qəsəbə 1 nömrəli orta məktəbin məzunu Orxan Zaur oğlu Mənsimli 400 bal toplayıb. Aydan Məmmədova imtahanın birinci mərhələsində 279.6, Orxan Mənsimli 276.1 bal toplayıb. Əli Məmmədzadə isə hər iki mərhələnin cəminə görə 689.6 bal toplamaqla III ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 289.6 bal toplayıb.
 
Xatırladaq ki, DİM bu gün iyulun 5-də II və III ixtisas qrupları üzrə keçirilmiş imtahanların nəticələrini açıqlayıb.






Redaktorun seçimi