Polis Akademiyasının əməkdaşı Qazaxıstanda keçirilən ixtisasartırma kursunda iştirak edib
Qazaxıstan Respublikasında təşkil olunan “Müasir dövrdə daxili işlər orqanlarının fəaliyyətində idarəetmənin təşkili” mövzusunda ixtisasartırma kursunda Polis Akademiyasının Daxili İşlər Orqanlarının inzibati fəaliyyəti kafedrasının dosenti, polis polkovniki Şahin Şükürov iştirak edib.
Proqram çərçivəsində Qazaxıstan Respublikasının polis təhsili sahəsində fəaliyyət göstərən ali təhsil müəssisələrinin professor-müəllim heyəti tərəfindən müasir polis idarəçiliyi və hüquq-mühafizə fəaliyyətinin aktual istiqamətlərinə həsr olunmuş mühazirələr oxunub, seminar məşğələləri keçirilib və elmi müzakirələr təşkil olunub.
Belə ixtisasartırma proqramları Azərbaycan və Qazaxıstan arasında polis təhsili sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə, qabaqcıl təcrübənin öyrənilməsinə və peşəkar bilik və bacarıqların inkişaf etdirilməsinə mühüm töhfə verir.







































































