Rəhbər vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilib
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Mərkəzləşdirilmiş mühasibatlığının Goranboy rayonu üzrə vakant olan mühasib vəzifəsi, eləcə də Samux rayonu üzrə Təsərrüfat istismar qrupunun rəhbəri vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilib.
Müsabiqə sənəd qəbulu və yoxlanılması, test imtahanı və müsahibə olmaqla üç mərhələdən ibarət olub. Əvvəlki mərhələləri uğurla başa vuran namizədlər müsahibə mərhələsində iştirak edərək peşə bilikləri, vəzifəyə uyğun bacarıqları, analitik düşünmə qabiliyyətləri, ünsiyyət və qərarvermə səriştələri baxımından qiymətləndiriliblər.
Müsahibələr müvafiq komissiya tərəfindən şəffaflıq, obyektivlik və bərabər rəqabət prinsipləri əsasında təşkil olunub. Müsabiqənin nəticələrinə əsasən uğur qazanan namizədlər qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq vakant vəzifələrə təyin ediləcəklər.







































































