ADU tələbələri üçün Böyük Britaniya universitetlərində ikili diplom imkanı
ADU-nun Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasının müəyyən olunmuş kursunu müvəffəqiyyətlə başa vuran tələbələrə təhsillərini Böyük Britaniyanın Essex Universitetində davam etdirmək imkanı verilir. Belə ki, ADU-nun tələbələri 2 il Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasını üzrə fakültədə təhsil aldıqdan sonra, təhsilllərinin qalan 2 ilini Böyük Britaniyanın Essex Universitetində davam etdirməklə hər iki universitetin (həm Essex Universiteti, həm də Azərbaycan Dillər Universiteti) diplomlarını alacaqlar.
Müqavilə şərtlərinə əsasən, Essex Universitetində təhsillərini davam etdirməli olan tələbələr ADU-da təhsil aldıqları 2 il müddətində tədris planına uyğun olaraq, minimum 120 kredit toplamalıdırlar və onlardan İELTS (və ya TOEFL) dərəcələri də tələb olunur. Aşağıda qeyd olunan fənlərdən hər üçünün minimum göstəricisi C (71-80 bal), ən azı ikisi isə B (81 -90 bal) qiyməti olmalıdır
· İngilis dilinin metodikası I
· İngilis dilinin metodikası II
· Dilçiliyə giriş
Portsmouth Universiteti ilə (1+1) ikili diplom layihəsi
Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Portsmouth Universiteti ilə magistratura səviyyəsində ikili diplom (1+1) proqramını hazırlayaraq təsdiqləyib. Yeni proqram çərçivəsində ADU-da magistr təhsili alan tələbələr birinci tədris ilini doğma universitetdə davam etdirəcək, ikinci il isə Portsmouth Universitetində təhsil alaraq hər iki universitetin diplomuna sahib olacaqlar.
İxtisaslar:
• MA Foreign Language Teaching (Xarici Dillərin Tədrisi)
• MA Language and Literature Teaching (Dil və Ədəbiyyat Tədrisi) https://www.port.ac.uk/.../ma-applied-linguistics-and-tesol
Qəbul şərtləri:
• ADU-da magistr proqramının ilk ilini uğurla bitirmək
• IELTS minimum 6.5
• Transkript- Yaxşı akademik göstəricilər- 70%
• Motivasiya məktubu və CV
• Tövsiyə məktubu Ətraflı məlumat: https://www.port.ac.uk/.../how-to.../how-to-apply-checklist







































































