UNEC məzunları dünyanın TOP universitetlərinə qəbul alırlar!

Hit: 153
UNEC məzunları dünyanın TOP universitetlərinə qəbul alırlar!
UNEC-in Biznes və menecment fakültəsinin Menecment ixtisası üzrə məzunu Novruzova Nuranə dünyanın nüfuzlu universitetlərindən magistratura təhsili üçün qəbul alıb. 
Nuranə bakalavr təhsili müddətində UNEC-in UDİD (Universitet Daxili İki Diplom) proqramına qoşularaq İqtisadiyyat ixtisası üzrə ingilis dilində təhsil alıb.
 
Bununla da o, 4 illik təhsili dövründə həm Menecment, həm də İqtisadiyyat ixtisasları üzrə iki ayrı bakalavr diplomu əldə edib.
 
Nuranə magistatura təhsili üçün aşağıdakı universitetlərdən qəbul məktubu alıb:
 
University of Birmingham (Böyük Britaniya) – QS TOP 68
 
University of Sheffield (Böyük Britaniya) – QS TOP 92
 
Friedrich-Alexander-Universität Erlangen-Nürnberg (Almaniya) – QS TOP 232
 
Julius-Maximilians-Universität Würzburg (Almaniya) – QS TOP 416






Redaktorun seçimi