İsmayıllıda gənclər üçün ekoloji maarifləndirici görüş keçirilib

Hit: 172
İsmayıllıda gənclər üçün ekoloji maarifləndirici görüş keçirilib
“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində İsmayıllı Dövlət Peşə Təhsili Mərkəzində gənclərin ekoloji bilik və məlumatlılığının artırılmasına həsr olunmuş maarifləndirici görüş təşkil edilib.
 
6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən görüş zamanı iştirakçılara ətraf mühitin mühafizəsi sahəsində qüvvədə olan qanunvericiliyin əsas tələbləri, təbii ehtiyatlardan səmərəli və məsuliyyətli istifadə prinsipləri, ekoloji hüquqpozmaların qarşısının alınmasının əhəmiyyəti, eləcə də ətraf mühitin qorunmasında hər bir vətəndaşın rolu və məsuliyyəti barədə ətraflı məlumat verilib.
İnteraktiv formatda keçirilən görüş zamanı gənclərin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və ekoloji məsuliyyətin cəmiyyət üçün əhəmiyyəti vurğulanıb.
 
Qeyd edək ki, “Səyyar Gənclər Xidməti” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.






Redaktorun seçimi