“Mənim hüquqlarım” təşviqat avtobusu Oğuz rayonunda

Hit: 168
“Mənim hüquqlarım” təşviqat avtobusu Oğuz rayonunda
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 8-10 iyul 2026-cı il tarixlərində regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və onların maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə keçirilən “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində Oğuz rayonuna növbəti səfər təşkil olunub.
 
Səfər çərçivəsində Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xaçmaz, Padar, Xalxal, Bayan və Muxas kəndlərində 128 uşağın iştirakı ilə “İnternet təhlükəsizliyi”, “Uşaq hüquqları” və “Asudə vaxtın səmərəli təşkili” mövzularında təlimlər keçirilib.
 
Təlimlərdə Dövlət Komitəsinin əməkdaşı Bahar Həsənli, Milli Kibertəhlükəsizlik Agentliyinin mütəxəssisi Gülər Rzayeva, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov mövzular üzrə iştirakçılara məlumat veriblər. Həmçinin müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb. Eləcə də Uşaq Səfirlər Məclisinin fəaliyyəti diqqətə çatdırılıb.
 
Təlimlərin sonunda uşaqlara mövzu ilə əlaqəli yapışqanlı stikerlər paylanılıb, müxtəlif bədii kitablar hədiyyə edilib.






Redaktorun seçimi